Menu

Boliviya prezidenti Trampı zalım adlandırıb

23.05.2017, 09:08

Evo-Morales-770x470Boliviya prezidenti Evo Morales bazar ertəsi amerikalı həmkarı Donald Trampı miqrasiya və xarici siyasətinə görə zalım adlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"Dünyada bir zalım varsa, o da Trampdır, çünki o, miqrantlar və qadınlar arasında ayrı-seçkilik salır, həmçinin dünyanın digər ölkələrinə qarşı zorakılıq və müdaxiləyə təhrik edir", - deyə o bildirib.

Morales bunu Trampın ötən həftə Kolumbiya prezidenti Xuan Manuel Santos ilə Ağ evdə birgə mətbuat konfransı zamanı Venesueladakı vəziyyəti "bəşəriyyət üçün rüsvayçılıq" və "dəhşətli problem" adlandırmasından sonra deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol