Menu

Mançesterdə partlayışda xəsarət alanların sayı 120-ə çatıb

23.05.2017, 20:34
Mançesterdə partlayışda xəsarət alanların sayı 120-ə çatıb

Mançesterdə stadionda baş verən partlayışda xəsarət alanların sayı 120 nəfərə çatıb.

Trend-in məlumatına görə, əvvəl 59 nəfərin hadisədə yaralandığı deyilmişdi.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Hücumu törədən şəxsin 23 yaşlı Salman Abedi olduğu açıqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol