Menu

 "Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır" - Mogerini

23.05.2017, 20:43
 "Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır" - Mogerini

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil".

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla Brüsseldə keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

F. Mogerini bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquq əsasında siyasi həllini tapmalıdır: “Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol