AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) 2018-ci ildə Ukraynaya maliyyə yardımını 3 dəfə azaltmağı planlaşdırır. Bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda söhbət açılır.
Sənəddə qeyd olunur ki, Vaşinqton 2018-ci ildə Ukraynaya 204 milyon dollar vəsait ayıracaq. Amma ötən il bu yadımın həcmi 667 milyon dollar təşkil edib. Bu vəsaitin hansı məqsədlər üçün verildiyi isə dəqiqləşdirilmir.
Bu ərəfədə xəbər verilmişdi ki, ABŞ Ukraynaya əvəzsiz hərbi yardımı ləğv edir. Bu qərar eyni zamanda Vyetnama, İndoneziyaya, Kolumbiyaya, Pakistana və Filippinə şamil edilir.


Şərhlər