Menu

Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib

25.05.2017, 22:33
Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib

Son iki gündə Filippində keçirilən hərbi əməliyyatların gedişində 31 İŞİD silahlısı zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" ölkənin hərbi generalına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, silahlılar Filippinin cənubundakı Maravi şəhərində məhv ediliblər. Ordu təmsilçisinin sözlərinə görə, İŞİD silahlılarından 13-ü çərşənbə günü öldürülüb.

Cümə axşamı keçirilən hərbi əməliyyat zamanı həmçinin 6 hərbçi də həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol