«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ Evin saytında bir petisiya dərc olunub. Petisiyada Çenorqoriyanın Baş naziri Duşko Markoviçdən üzr istəmək Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidentindən tələb olunur.
Ağ Evin başçısından tələb olunur ki, NATO-nun Brüsseldə keçirilən sammiti çərçivəsində, alyansın yeni mənzil-qərargahına baxış zamanı baş verimiş insidentə görə, üzr istəsin.
Mənzil-qərargahı üzv ölkələrin liderlərinə nümayiş etdiriblər. Ekskursiyanın gedişi zamanı Donald Tramp qarşısında dayanmış Çernoqriyanın Baş naziri Duşko Markoviçi sərt şəkildə itələyib. Səhnənin videoyazısı tamaşaçıların təəcüb və narazılığına səbəb olub. Artıq amerikalıların bir çoxu Makareviçdən üzr istənilməsi tələbi dərc olunmuş petisiyanı imzalayıb.
«Zərərçəkmiş»in özü isə sonradan, sosil şəbəkələrdə səhnəciyi seyr edərkən, insidenti hətta hiss etmədiyini bildirib. Makareviç bu epizoda əhəmiyyət verməməyi xahiş edib: «ABŞ-n Prezidenti təbiidir ki, ön sırada olmalıdır».
Trampın mətbuat katibi Şon Spayser isə öz növbəsində, bəyan edib ki, kamera qarşısında liderlərin «düzülüş»ü protokola uyğun olaraq, əvvəlcədən müəyyən olunub. Odur ki, Ağ evin sahibi öz yerini tutmalı idi.
Məlumat üçün bildirək ki, Çernoqoriya artıq iyunun əvvəlindən NATO-nun tam hüquqlu üzvü olacaq. Ölkə parlamenti aprelin sonunda buna səs verib.


Şərhlər