Menu

Donald Trampın «Tvitter»i korrektə olunacaq? - Ağ Evdə istisna etmirlər…

27.05.2017, 11:43
Donald Trampın «Tvitter»i korrektə olunacaq? - Ağ Evdə istisna etmirlər…

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evdə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın «Tvitter»indəki yazıların yoxlanacağını və korrektə olunacağını istisna etmirlər.

Bu barədə «Uoll-strit- djornel» qəzeti məlumat yayıb.

Dövlət başçısınınn müşavirlərindən biri bildirib ki, xüsusilə, hüquqşünaslar izləyəcəklər ki, Tramp öz xəbərləri ilə özünə ziyan vurmasın. Qəzetin müsahibi bildirib ki, dəlillərlə təsdiqlənməmiş məlumatların dərc olunması buna gətirib çıxara bilər.

Mənbə əlavə edib ki, Ağ Ev ABŞ Prezidentinə yönəlik «hücum»ları dəf edə biləcək yeni xüsusi qərargah formalaşdırır. Bu fəaliyyəti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner kurasiya edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol