Menu

Lənkəranda yaşlı kişini maşın vuraraq öldürüb

28.05.2017, 19:09

Qezada-sinmish-padpres-180912Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Lənkəran bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobil yolu keçmək istəyən təqribən 60-65 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib. Sürücü izahatı alınması üçün Lənkəran rayon Polis şöbəsinə aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol