Menu

Bakıda daha bir intihar - Üç uşaq atası özünü asdı

29.05.2017, 08:59
Bakıda daha bir intihar - Üç uşaq atası özünü asdı

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident Maştağa qəsəbəsinin "Südçülük savxozu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 28 yaşlı Naxçıvan Muxtar Respublikası sakini Vüqar Babayev özünü yaşadığı evin zirzəmisində elektrik naqili ilə asıb.

Qeyd edək ki, mərhum üç uşaq atası idi.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol