Menu

Makron Putinə tələbkar yanaşacaq

29.05.2017, 09:44
Makron Putinə tələbkar yanaşacaq

Fransanın yeni prezidenti Emmanuel Makron deyir ki, mayın 29-da Versal sarayında rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ona «tələbkar» yanaşacaq.

Mayın 7-də böyük səs fərqiylə qalib gəlmiş Macron deyib ki, «Rusiyayla danışmaq vacibdir, çünki bir sıra beynəlxalq məsələlərin həlli onlarla sərt dialoq olmadan mümkün deyil».

Həmin çətin məsələlər sırasında Moskvanın Fransada prezident seçkisinə iddia olunan müdaxiləsi var. Həmçinin, Kremlin Suriya prezidenti Bashar al-Assad-a dəstəyi, Ukraynaya müdaxiləsi də müzakirə olunacaq mövzulardandır.

Keçmiş kral sarayındakı görüş Rusiya çarı Böyük Pyotr haqda sərgiylə eyni vaxta düşür.

Mayın 27-də Böyük Yeddilik ölkələrinin sammitində liderlər razılaşıblar ki, Ukraynadakı durum düzəlməsə, Moskvaya qarşı yeni tədbirlərə əl atsınlar. Macron da həmin sammitdən sonra danışıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Qərb dövlətləri ona sanksiyalar qoyub. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol