Menu

«Merkel daha ABŞ-ı etibarlı həmkar hesab etmir» - «Die Welt»

29.05.2017, 10:38
«Merkel daha ABŞ-ı etibarlı həmkar hesab etmir» - «Die Welt»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın kansleri Angela Merkel Avropa İttifaqı (Aİ) ölkələri liderlərini öz üzərinə daha çox məsuliyyət götürməyə və Avropanın taleyini öz əllərinə almağa çağırıb. Merkel bu bəyanatı G7 ölkələri sammitindən cəmi bircə gün sonra səsləndirib.

Almaniya qəzeti kanslerin bu sözlərini belə tərzdə təqdim edib ki, sanki o, daha Amerika Birləşmiş Ştatlarını (ABŞ) etibarlı həmkar hesab etmir.

«Die Welt» qəzetinin yazdığına görə, Merkel sözügedən bəyanatı bazar günü Münhendə Xristian-sosial ittifaqının başçısı Horst Zeehoferlə birgə keçirdiyi tədbirdə səsləndirib.

«Artıq bir-birimizə tam etibar edə bildiyimiz vaxtlar ötüb keçdi. Mən, bunu son günlər sınadım» - Merkel qeyd edib. Kansler bu sözləri çadırda - pivə stolu arxasında, 2 min nəfər tərəfdarının iştirak etdiyi məclisdə söyləyib.

O, əlavə edib ki, Avropa ABŞ və Böyük Britaniya ilə dostluq münasibətlərini saxlamalı, həm də «mehriban qonşu» kimi Rusiya və digər ölkələrlə münasibətlərini qorumalıdır.

«Biz, bilməliyik ki, biz öz hüquqlarımız uğrunda, gələcək uğrunda mübarizə aparmalı olacağıq. Avropalılar öz talelərini öz əlləninə almalıdırlar» - deyə, kansler əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol