Menu

"Qalatasaray"dan müdhiş oyun, ilk xal

03.10.2013, 10:33
"Qalatasaray"dan müdhiş oyun, ilk xal

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub.

APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, ikinci oyun günündə A, B, C və D qruplarında çıxış edən komandalar münasibətlərinə aydınlıq gətirib.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi qarşılaşma İtaliyada keçirilib. Turində “Yuventus”un qonağı olan İstanbulun “Qalatasaray” klubu qrupda ilk xalını qazanıb.

Madridin “Real” klubu isə “Santyaqo Bernabeu”da “Kopenhagen”i sınağa çəkib. La Liqadakı uğursuz nəticələrə görə tənqid olunan Karlo Ançelottinin komandası ÇL-də növbəti böyükhesablı qələbəsini qazanıb.

Günün digər matçlarında da azarkeşlər maraqlı oyunlara tamaşa edib. Ukrayna “Şaxtyor”u doğma arenada ingilis nəhəngi “Mançester Yunayted”lə heç-heçə edib, “Bavariya” isə səfərdə “Mançester Siti”ni məğlub edib.

A qrupu

"Şaxtyor" (Ukrayna) - "Mançester Yunayted" (İngiltərə) - 1:1

Tayson, 76 - Velbek, 18

"Bayer" (Almaniya) - "Real Sosyedad" (İspaniya) - 2:1

Qonzales, 45, Hegeler, 90 - Vela, 52

B qrupu

“Real” (İspaniya) - “Kopenhagen” (Danimarka) - 4:0

Ronaldo, 21, 65, Di Maria, 71, 90

“Yuventus” (İtaliya) - “Qalatasaray” (Türkiyə) - 2:2

Vidal, 78, Fabio, 87 - Droqba, 36, Umud Bulut, 88

C qrupu

“Anderlext” (Belçika) - “Olimpiakos” (Yunanıstan) - 0:3

Mitroqlu, 17, 56, 72

PSJ (Fransa) - “Benfika” (Portuqaliya) - 3:0

İbrahimoviç, 5, 30, Marquinyos, 25

D qrupu

MOİK (Rusiya) – "Viktoriya" (Çexiya) - 3:2

Tosiç, 19, Honda, 29, Reznik, 78 (avtoqol) - Raytoral, 4, Bakos, 90

Mançester Siti” (İngiltərə)– “Bavariya” (Almaniya) - 1:3

Neqredo, 80 - Riberi, 7, Müller, 56, Robben, 60

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol