Menu

Mərkəzi Bank uçot dərəcəsini azaltmağa hazırlaşır

30.05.2017, 12:14

publika.az1414517843elman-rustemov-mans"Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləri, onun dinamikasıdır. Ötən ilin 4 ayı ilə müqayisədə inflyasiya aşağıdır". "Report" xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir: "Belə olan şəkildə bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında Mərkəzi Bankın Mərkəzi Komitəsinin iclası olacaq və o zaman bu, əsas müzakirə mövzusu olacaq".

Qeyd edək ki, 14 sentyabr 2016-cı ildən etibarən Azərbaycanda uçot dərəcəsi 15%-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol