Menu

Moldovada ikihakimiyyətlilik? - Dodon Rusiyadan üzrxahlıq etdi…

31.05.2017, 14:36
Moldovada ikihakimiyyətlilik? - Dodon Rusiyadan üzrxahlıq etdi…

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Moldova Prezidenti İqor Dodon bu ölkənin hökuməti tərəfindən rusiyalı diplomatların persona non-qrata elan olunması ilə bağlı Rusiyaya üzrxahlıq ünvanlayıb və «respublika hökumətinin araqarşdırıcı hərəkətlərinə uymamağı» xahiş edib.

Onun sözlərinə görə, o, Moldova xarici işlər nazirliyinin (XİN) və təhlükəsizlik idarələrinin rəhbərlərindən hesabat tələb edəcək.

Bazar ertəsi Rusiya səfirliyi bu ölkənin müvafiq qurumundan 5 nəfər rusiyalı diplomatın persona non-qrata elan olunduğu barədə nota alıb. Moldova hökumətində bu qərarı xüsusi xidmətlərdən alınmış informasiya ilə izah ediblər.

Moskvada isə Moldova hökumətinin bu addımını ölkədəki bəzi qüvvələrin İqor Dodona qarşı birbaşa araqarışdırıcı fəaliyyəti kimi qiymətləndiriblər və adekvat cavab veriləcəyini vəd ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol