Menu

İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

01.06.2017, 00:19
İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

İraqın Mosul şəhərində 60 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Sumariyə” telekanalı xəbər verib.

Kütləvi məzarlıq Mosulun Əş-Şifa bölgəsində aşkarlanıb. İraq rəsmiləri tapılan şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib. Məzarlıqdan güllələnmiş yaşlı insanlar və qadınlar tapılıb.

Qeyd edək ki, İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol