Menu

Dövlət başçıları Trampın mobil telefonuna zəng vura biləcəklər!

01.06.2017, 00:56
Dövlət başçıları Trampın mobil telefonuna zəng vura biləcəklər!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp digər dövlətlərin liderlərini adi protokoldan yan keçməklə, özünün şəxsi mobil telefonuna zəng vurmağa çağırıb.

Amerika mətbuatının yazdığına görə, Trampın şəxsi telefonunun nömrəsini artıq Fransanın, Meksikanın prezidentləri və Kanadanın Baş naziri alıblar. Mənbələrin məlumatına görə, Castin Tryüdo artıq həmin nömrəyə zəng vurub.

Jurnalistlər, Trampın bu qərarının nəinki diplomatik protokolu pozduğunu, eyni zamanda prezidentlərin və ali baş komandanların danışıqlarının təhlükəsizliyi və məxfiliyi barədə narahat olmağa əsas verdiyini düşünürlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol