London polisi iyunun 4-nə keçən gecə törədilən terror aktları nəticəsində 7 nəfərin öldüyünü bildirib. 40 nəfər yaralı isə xəstəxanalara yerləşdirilib. "AzPolitika.info"nun “Euronews" telekanalına istinadə verdiyi xəbərə görə, bu barədə polis komissarı Kreysidda Disk bildirib.
“Həlak olanların sayı 7 nəfərə çatıb... Azı 40 nəfər xəsarət alaraq Londonun altı xəstəxanasına yerləşdirilib”, - deyə K.Disk bildirib.
O, Londan sakinlərini və qonaqları sakit və diqqətli olmağa çağırıb. Hazırda ölü ələ keçirilən terroristlərin şəxsiyyətinin və hardan gəldiyinin müəyyənləşdirildiyini bildirib.
Xatırladaq ki, “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb.
Bundan sonra Londonun Boro rayonunda mikroavtobusdan çıxan və “cənub xarici görkəmli” üç şəxs əllərində uzunluğu 30 santimetrdən çox olan bıçaqlarla yoldan keçənlərə hücum çəkib, onlara bıçaq zərbələri endirməyə başlayıb. Mikroavtobus isə ziqzaqvari hərəkət edərək London körpüsünü keçib və hadisə yerindən uzaqlaşıb. Britaniya polisi hadisələrə çevik reaksiya verərək mikroavtobusdan düşən həmin 3 terrorçunu güllələməyə imkan tapıb.
Bu hadisələrlə eyni vaxtda London körpüsü yaxınlığında bıçaqla silahlanmış şəxs restorana hücum edib.
Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.
Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.
London polisinin bildirdiyinə görə terror hücumları nəticəsində cəmi 6 nəfər həlak olub. Skotland-Yardın nümayəndəsi Mark Rouli bildirib: “Hazırkı vaxta qədər təəsüflər olsun ki, 6 nəfər həlak olub. Bundan əlavə polis 3 nəfər hücum edəni güllələyib. 20-yə yaxın adam yaralanıb”.
Skotland-Yard rəsmisi deyib ki, onlar yerli vaxtla saat 22.08 radələrində avtomobilin London körpüsü üzərində piyadaları tapdaladığı haqda məlumat alıblar. Avtomobil körpüdən keçərək Boro bazarı tərəfə hərəkət edib. “Şübhəlilər avtomobili tərk ediblər, bir neçə nəfər bıçaq yarası alıb”-Rouli bildirib.
Onun sözlərinə görə, silahlı polis çevik reaksiya verib və 3 şübhəlini güllələyib. Hücum barədə zəng polisə daxil olandan cəmi 8 dəqiqə sonra terrorçular zərərsizləşdirilib. “Onların üzərində “intharçı kəməri”inə oxşar şey olub, ancaq daha sonra bunun saxta olduğu üzə çıxdı”-Rouli deyib.
Qeyd edək ki, martın 22-də Londonda 5 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən terror aktı törədilib. Terrorçu Xalid Məsud idarə etdiyi avtomobili Vestminster körpüsündə piyadaların üstünə sürüb. Daha sonra Britaniya parlamenti qarşısında bıçaqla polis əməkdaşını qətlə yetirib. Terrorçu Böyük Britaniya müdafiə nazirinin mühafizəçisi tərəfindən məhv edilib.
Növbəti terror aktı mayın 22-də Mançesterdə tanınmış amerikalı müğənni Ariana Qrandenin konsertində törədilib. Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partladıb, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölüb.
İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
***
"AzPolitika"nın məlumatına görə, Londonun mərkəzindəki körpüdə mikroavtobus piyadaları vurub. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb, 2 nəfər isə həyatını itirib.
İlkin məlumata görə, Britaniyanın paytaxtı London şəhərində avtomobili piyadaların üzərinə sürən sürücü saxlanılıb.


***
Londonun mərkəzindəki körpüdə mikroavtobus piyadaları vurub. "Report"un məlumatına görə, bu barədə "BBC" (Bi-Bi-Si) telekanalı xəbər verib.
"The Sun"ın məlumatına görə isə, hadisə yerində insanlar təxliyə ediliblər. Əraziyə silahlı polislər cəlb olunub. Şahidlər polislərin atəş açdığını bildirib.
"Biz qaçmağa məcbur olduq. Çoxlu sayda atışma vardı" deyə hadisə şahidlərindən biri bildirib.
"Sun" nəşri də London körpüsündə atışma səslərinin gəldiyini xəbər verib. Lakin nəşr hadisə şahidlərinə əsasən bir neçə nəfərin bıçaq xəsarətləri aldığını bildirib.
"Telegraph" isə 15-20 nəfərin xəsarət aldığını bildirib.


Şərhlər