«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqonun başçısı bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahı yaradılması prosesinin ahəngini yüksəldib.
Mettis bildirib ki, KXDR özünün nüvə proqramı üzrə işləri aktivləşdirib. Amerika Birləşmiş Ştatları müdafiə nazirinin sözlərini «Röyter» agentliyi təqdim edir.
«KXDR-nın nüvə silahı yaratmaq cəhdləri yeni deyil, ancaq Şimali Koreya hakimiyyəti indi bu cəhdlərin miqyasını və ahəngini yüksəldib» - Mettis Sinqapura səfərinin gedişi zamanı bəyan edib.


Şərhlər