Menu

Göyçayda 16 yaşlı qız intihara cəhd edib

04.06.2017, 19:55

sirkeGöyçay rayonunda yeniyetmə qız intihara cəhd edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun İnçə kənd sakini, 2001-ci il təvəllüdlü Səma Zaur qızı Cabbarova bu məqsədlə sirkə turşusu içib.

Vəziyyətinin ağır olduğunu görən valideynləri S.Cabbarovanı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanadan "Report"a verilən məlumata görə, Pediatriya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti qənaətbəxşdir və artıq həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol