Menu

Bu yerlərdə də parklanma ödənişli olacaq - Sürücülərin nəzərinə

04.06.2017, 23:19

DLOKRBakıda marketlərin qarşısında parkomatlar quraşdırılır.

Lent.az xəbər verir ki, artıq şəhərin müxtəlif yerlərində bir neçə iri marketin qarşısında parkomat aparatı quraşdırılıb. Bildirilir ki, bu aparatlar həmin yerlərə marketlərin istəyi və ya icazəsi ilə qoyulur.

Qeyd edək ki, bəzi hallarda marketlərin qarşısında və ətrafında olan dayanacaqlar müştərilər çün pulsuz olduğundan bəzi kənar şəxslər də bu yerlərdən istifadə edir. Bu isə həm market sahiblərini, həm də parklanma məsələləri ilə məşğul olan Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini narazı salır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol