Menu

«Özgənin işinə qarışırlar, üstəlik inciyirlər də!» - Putin ABŞ haqqında

05.06.2017, 14:35
«Özgənin işinə qarışırlar, üstəlik inciyirlər də!» - Putin ABŞ haqqında

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) başqa dövlətlərin daxili işlərinə qarışır, üstəlik bir umu-küsü də edir.

Bu barədə Vladimir Putin «NBC» telekanalına verdiyi müsahibədə bəyan edib.

«Dünya xəritəsinin harasına barmaq tuşlasan, hər yerdə ABŞ rəsmi şəxslərinin ölkələrin daxili siyasi proseslərinə qarışdığından şikayət edəcəklər» - Putin qeyd edib.

Onun ifadə etdiyi kimi, «Birləşmiş Ştatlar hər yerdə, dünya boyunca fəal surətdə digər ölkələrin seçki kampaniyalarına müdaxilə edir».

«Ona görə də, kimsə - mən demirəm ki, biz - hansısa formada təsir göstərir və ya təsir göstərməyə çalışır, kimsə bu proseslərdə iştirak edir, o zaman Birləşmiş Ştatlar heç nədən, küsür. Kim deyir ki, kim bizdən küsür ki, biz müdaxilə edirik? Siz, özünün daim müdaxilə edirsiniz» - Putin bildirib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol