Terrorçular konsulluqdakı Türkiyə bayrağını dirəkdən çıxarıb
İŞİD terror qruplaşmasının ələ keçirdiyi Türkiyənin Mosuldakı Baş konsulluğunun fotoları yayılıb.
ANS PRESS-in məlumatına görə, konsulluğu ələ keçirən İŞİD buradakı Türkiyə bayrağını endirib. İŞİD türrorçuları konsulluqda xidmət edən təhlükəsizlik qüvvələrinin xüsusi geyimlərini geyinib həyətdə dolaşırlar. Konsulluğun avtomobillərini isə yandırmayıblar. Fotoları iraqlı sakinlərdən biri gizli çəkib.



Şərhlər