Menu

Daha bir ölkə Qətərlə əlaqələri kəsdi

06.06.2017, 10:18
Daha bir ölkə Qətərlə əlaqələri kəsdi

Mavrikiy Qətərlə diplomatik əlaqələrini kəsdiyini bəyan edib.

Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv adalarından sonra Afrika ölkəsi Mavrikiy analoji qərarı qəbul edən 8-ci ölkə olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol