Menu

Dünyanın ən bahalı brendləri və qiymətləri – Siyahı

06.06.2017, 15:11
Dünyanın ən bahalı brendləri və qiymətləri – Siyahı

Dünyanın ən bahalı brendlərinin reytinqinə İT-şirkətlər liderlik edir – “Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook”. Bu nəticələri dünyanın 100 ən bahalı brendinin siyahısını tərtib edən Britaniyanın “Kantar Millward Brown” şirkəti açıqlayıb.

Ən bahalı brend olan “Google”ın dəyəri 245,6 milyard dollardır. Ötən illə müqayisədə şirkətin səhmlərində 7 faizlik artım olub.

“Apple” dəyərini 3 faiz də artıraraq 234,7 milyard dollara çatdırıb.

“Microsoft” 18 faizlik artımla dəyərini 143,2 milyarda yüksəldib.

“Amazon” bir il ərzində 41, “Facebook” isə 27 faizlik artıma imza atıb.

İlk onluğa ABŞ-ın telekommunikasiya şirkətləri olan “AT&T”, “Visa”, Çinin IT-şirkəti “Tencent” (WeChat mesencerinin sahibi), “IBM” və McDonald’s” da daxil olub.

İlk dəfə olaraq siyahıda “Comcast” (23-cü yer), “YouTube” (65-ci yer), HP (76-cı yer), “Salesforce” (90-cı yer), “Netflix” (92-ci yer) və Snapchat (93-cü yer) da yer alıb(azadlıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol