Menu

Tramp Rusiya ilə münasibətləri bərpa etmək tapşırığı verib - Dövlət katibinə

06.06.2017, 16:43
Tramp Rusiya ilə münasibətləri bərpa etmək tapşırığı verib - Dövlət katibinə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkənin dövlət katibi Reks Tillersona Rusiya ilə münasibət qurmaq tapşırığı verib.

Bu barədə amerikalı diplomatın özü Yeni Zelandiyaya səfərinin gedişi zamanı jurnalistlərə danışıb.

Xəbəri «Associated Press» agentliyi yayıb.

Tillerson deyib ki, hazırda ölkəsinin Rusiya ilə münasibətləri aşağı səviyyədədir və pisləşməkdə davam edir. Tramp iki ölkə arasında inamın bərpa olunması və münasibətlərin sabitləşdirilməsi istiqamətində müvafiq addımların atılmasını ondan xahiş edib.

Dövlət katibinin sözlərinə görə, Tramp həm də «rusiyalı hakerlər»in ABŞ-dakı seçkilərə müdaxiləsi barədə yayılan səs-küyə əhəmiyyət verməməyi tövsiyyə edib.

«O (Donald Tramp - red.), mənimlə tamamilə açıq-aydın idi: həm də istənilən ahənglə və istənilən sahələrdə iş aparmaqla, hesab edirəm ki, biz proqresə nail ola bilərik» - Tillerson jurnalistlərə danışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol