Menu

Saatlıda intihar - 25 yaşlı oğlan biləyini kəsdi

07.06.2017, 09:12
Saatlıda intihar - 25 yaşlı oğlan biləyini kəsdi

Saatlıda intihara cəhd hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Əlisoltanlı kəndində qeydə alınıb.

Kənddə fin evlərində məskunlaşmış məcburi köçkün, 25 yaşlı Saleh Həsənov üzərində gəzdirdiyi bıçaqla sol biləyini kəsərək özünü intihar etmək istəyib. Yaxınlarının vaxtında müdaxiləsi nəticəsində yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol