Menu

Bakıda daha bir intihar - 28 yaşlı oğlan özünü asdı

07.06.2017, 10:41
Bakıda daha bir intihar - 28 yaşlı oğlan özünü asdı

Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun İlham Hacıyev küçəsi 24 ünvanında yerləşən fərdi evdə qeydə alınıb.

Belə ki, Binəqədi rayon sakini 1989-cu il təvəllüdlü Elvin Etibar oğlu Osmanov yaşadığı evin talvarından iplə özünü asıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol