Menu

Turan agentliyinin müxbiri Hafiz Babalı saxlanılıb

03.10.2013, 13:00
Turan agentliyinin müxbiri Hafiz Babalı saxlanılıb

Turan agentliyinin müxbiri Hafiz Babalı İlham Əliyevin Sumqayıta getməsi ilə əlaqədar Masazır qəsəbəsində polisin avtomobil yolunu bağlamasına qarşı vətəndaşların spontan etirazının işıqlandırılması zamanı saxlanılıb.

Əsas trasın bağlanması ilə əlaqədar Sumqayıtdan avtomobillər dolayı yolla gedirlər. Masazır qəsəbəsində də polis yolu bağlayıb. Bu, iki saatdan artıq orada dayanan vətəndaşların qəzəbinə səbəb olub.

Onlar yolun açılmasını tələb ediblər, vətəndaşlarla polis arasında insident yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol