Menu

Banklar kreditləşməni azaldıb

09.06.2017, 16:41
Banklar kreditləşməni azaldıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari ilin may ayının 1-ə iqtisadiyyata kredit qoyuluşu 15 mlrd. 54,4 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, beləliklə, apreldə iqtisadiyyata kredit qoyuluşu 0,16% və ya 24,5 mln. manat azalıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsi 17,33% və ya 3 mlrd. 155,4 mln. manat azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol