Menu

Ayətullah Əli Sistani İŞİD-ə qarşı cihad elan edib

13.06.2014, 16:45
Ayətullah Əli Sistani İŞİD-ə qarşı cihad elan edib

İraq şiələrinin nüfuzlu liderlərindən olan Ayətullah Əli Sistani “İraq Şam İslam Dövləti”nə (İŞİD) qarşı cihad elan edib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xalqı cihada çağıran Ayətullah Sistani İraq xalqını İŞİD-ə qarşı silahlanmağa səsləyib.

Xatırladaq ki, şiələri düşmən sayan İŞİD şiələrin müqəddəs məkanı Kərbəla şəhərini ələ keçirəcəyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol