Menu

Şabranda 35 yaşlı iki uşaq anası intihar edib

10.06.2017, 01:53
Şabranda 35 yaşlı iki uşaq anası intihar edib

Şabran rayonunda intihar hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, rayonun Sincanboyad kənd sakini, 35 yaşlı Bəşarət Afər qızı Bədəlova Şabran şəhərinin yaxınlığındakı dəmir yolunun ərazisindəki meşə sahəsində palıd ağacından özünü asıb.

Mərhum iki uşaq anasıdır və onun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol