Menu

İŞİD liderinin növbəti dəfə ölüm xəbəri yayılıb

11.06.2017, 12:15

bagdadi isid isisİŞİD terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin Rakka şəhərinə hava zərbəsi zamanı öldürüldüyü barədə xəbər yayılıb. APA-nın məlumatına görə, bu barədə “Daily Mail” qəzeti Suriya Dövlət Televiziyasına istinadən məlumat yayıb.

Ancaq terrorçuların “Amaq” saytı bunu təsdiqləyən məlumat yaymayıb.

Qeyd edək ki, indiyə qədər KİV-də bir neçə dəfə İŞİD liderinin öldürülməsi barədə xəbər yayılsa da, bu, təsdiqini tapmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol