Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bakıya səfəri ərəfəsində mətbuata açıqlama verib.
ANS TV-nin məlumatına görə, Barrozu bildirib ki, Avropa İttifaqı Trans-Xəzər boru kəmərinin tikintisinə bütün tərəflərin strateji və kommersiya maraqlarına xidmət edəcək və qarşılıqlı şəkildə faydalı olacaq layihə kimi baxır.
Üçtərəfli görüşlər zamanı bu layihənin həyata keçirilməsi üçün Azərbaycan və Türkmənistanın mühüm öhdəlik götürdüyünün şahidi olub. Qurumun demokratiya, idarəetmə və qanunun aliliyinin inkişafı və gücləndirilməsi prosesində Azərbaycana yardım etməyə hazır olduğunu dəfələrlə bildirdiyini vurğulayan Barrozu, həm dövlət strukturlarına, həm də vətəndaş cəmiyyətinə texniki və maliyyə yardımı formasında konkret tədbirlərlə öhdəlik götürdüyünü xatırladıb.
Bu gün Avropa İttifaqı Azərbaycanda bu sahədə olan ən böyük donordur. Bu öhdəliyi davam etdirməyə qərarlıyıq. Azərbaycanlı tərəf müqavilərimizlə müxtəlif siyasi formatlarda, o cümlədən ən yüksək səviyyədə demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində baş verənləri müntəzəm şəkildə müzakirə edirik.


Şərhlər