AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun yığma taboru tərkibində 300 nəfərdən artıq ispan hərbçi Latviyaya gəlib. Tabora Kanada başçılıq edir.
Yerli «LETA» xəbər agentliyinin müdafiə nazirliyinə istinadla verdiyi məlumatına görə, əsgərlər hərbi texnika ilə birlikdə, o cümlədən, «Leopard» tankları, «Pizarro» piyadanın döyüş maşınları, texniki təminat və logistika nəqliyyat ilə birlikdə gəliblər.
Ehtimal olunur ki, yaxın günlərdə onlar Adaci hərbi bazasında yerləşdiriləcəklər. Bu bazada NATO-nun döyüş qrupu dislokasiya olunub.
Bundan əvvəl, 2016-cı ilin iyulunda alyansın Varşavada keçirilmiş sammitində belə bir qərar qəbul olunub ki, bu ilin əvvəlindən başlayaraq, Baltik ölkələrində və Polşada NATO-nun 4 çoxmillətli taboru yerləşdirilsin.
Latviyadakı NATO qruplaşmasının sayı 1 min nəfərdən aptıq olacaq. Onun tərkibinə Albaniya, Kanada, İspaniya, İtaliya, Polşa və Sloveniya hərbçiləri daxil olacaq.

Şərhlər