Menu

Korrupsiya əleyhinə aksiyaların təşkilatçısı saxlanıldı

12.06.2017, 15:42
Korrupsiya əleyhinə aksiyaların təşkilatçısı saxlanıldı

Rusiyada korrupsiya əleyhinə aksiyaların təşkilatçısı Aleksey Navalnıy polis tərəfindən saxlanılıb.

APA-nın “tvrain.ru”ya istinadən verdiyi məlumata, bu barədə onun həyat yoldaşı Yuliya Navalnaya "Twitter"də yazıb. “Aleksey evin qarşısında saxlanılıb. O, planların dəyişmədiyini çatdırmağı xahiş etdi. Aksiya Tverskaya küçəsində olacaq”, - deyə o, qeyd edib.

A. Navalnının rəhbəri olduğu Korrupsiya ilə Mübarizə Fondunun ofisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Qeyd edək ki, bu gün Rusiyanın paytaxtı Moskvada korrupsiyaya qarşı etiraz məqsədilə "xalq gəzintisi" keçirilir. Etiraz aksiyasının təşkilatçısı, müxalifətçi Aleksey Navalnı son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol