Menu

Aleksey Navalnıy 30 sutka həbs cəzası alıb

13.06.2017, 01:48
Aleksey Navalnıy 30 sutka həbs cəzası alıb

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnıy 30 sutka həbs cəzası alıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Moskvanın Simonov məhkəməsi razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirdiyinə görə A.Navalnıyə 30 sutkalıq inzibati həbs verib.

Qeyd edək ki, ötən gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında azı 650 nəfər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol