«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya Ərəb Respublikasının (SƏR) Prezidenti Bəşər Əsədin qadın qohumu Almaniya Federativ Respublikasından (AFR) sığınacaq almaq üçün cəhd göstərir.
«DPA» agentliyinin məlumatına görə, Suriya Prezidentinin ögey qardaşının dul arvadı Almaniyanın qərbində yerləşən qaçqın düşərgələrinin birində bu işlə bağlı hakimiyyət dairələrinin müvafiq qərarını gözləyir.
Bununla bağlı, qeyd olunur ki, qadına artıq bir dəfə sığınacaq verilməsindən imtina olunub. Bundan sonra o, həmin qərardan apellyasiya şikayəti verib.


Şərhlər