Menu

ABŞ ordusu yenidən silahlandırılır! - 2019-cu ildən etibarən

14.06.2017, 11:02
ABŞ ordusu yenidən silahlandırılır! - 2019-cu ildən etibarən

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mettis bildirib ki, tezliklə ABŞ ordusunun miqyaslı yenidən silahlandırılması üzrə dövlət proqramına start veriləcək.

Nazirin sözlərinə görə, ABŞ ordusunun döyüş qabiliyyətinin real artımı 2019-cu ildə başlanacaq. Bu barədə Ceyms Mettis senatın silahlı qüvvələr üzrə komissiyasının dinləmələrində məlumat verib.

Mettis onu da qeyd edib ki, yenidən silahlanma proqramı nəinki yeni döyüş təyyarələrinin, gəmilərin və sualtı qayıqların alınmasını nəzərdə tutur, eyni zamanda döyüş texnikasına qulluq və onların təmiri məsələləri üzrə proqramların əksəriyyətinə yenidən baxmağı özündə ehtiva edir.

Senat komissiyasının üzvləri Mettisin proqnozlarına skeptik yanaşıblar. Konqresmenlərin fikrincə, Mettisin «böyük ehtimalla, ABŞ silahlı qüvvələrinin bir sıra «uçmayan təyyarələrinin dayanacaqları»nın mövcudluğu barədə xəbəri yoxdur».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol