Menu

Belarus Rusiya rublundan imtina edir

14.06.2017, 16:34
Belarus Rusiya rublundan imtina edir

Belarus Milli Bankı (BMB, Mərkəzi Bank) iyul ayının 1-dən etibarən Rusiya rublunu özünün qızıl-valyuta ehtiyatlarının tərkibində nəzərə almayacaq.

"Reuters" agentliyinin verdiyi xəbərə görə, BMB hesablaşmalarda tam olaraq beynəlxalq standartlara keçməyi planlaşdırır.

Xatırladaq ki, bank 2004-cü ildən ehtiyatlarının həcmini açıqlamağa başlayıb. Bu zaman 2 fərqli metoddan istifadə edilib. Bunlardan biri Beynəlxalq Valyuta Fondunun (IMF), digəri isə milli standartlar əsasında hazırlanıb. Vahid hesablaşma göstəricisinə keçmək qərarına isə Mərkəzi Bank IMF və Dünya Bankı ilə apardığı məsləhətləşmələrdən sonra gəlib. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol