Menu

Zaqatalada 55 yaşlı kişini ildırım vuraraq öldürüb

15.06.2017, 20:16
Zaqatalada 55 yaşlı kişini ildırım vuraraq öldürüb

Zaqatalada bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi inzibati ərazisində baş verib.

Kənd sakini, 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otarmaq üçün yaxınlıqdakı otlaq sahəyə gedib. Bir neçə saat sonra qoyunların özbaşına qayıtdığını görən oğlu atasına zəng etsə də, telefona cavab verən olmayıb. Oğlu otlaq sahəsinə gedəndə, atasını sahənin ortasında ölmüş vəziyyətdə görüb.

Araşdırma zamanı məlum olub ki, İ.Bayramov ildırım vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol