Menu

“İraqda qazanılan zəfərlər məni çox xoşbəxt edir”" - Səddamın qızı 

15.06.2014, 12:37
“İraqda qazanılan zəfərlər məni çox xoşbəxt edir”" - Səddamın qızı 

Səddam Hüseynin asılmasından sonra İordaniyada Kral ailəsinin qorumasında sürgün həyatı yaşayan qızı Raqhat Hüseyn İŞID-in Mosulu işğalından sonra Londonda nəşr olunan Ərəb qəzeti “Əl Kuds əl Ərəbiyə”-yə açıqlama verib.

Bu haqda AzPolitika.info Türkiyənin “Zaman” nəşrinə istinadən xəbər verir.  Raqhat Hüseyn, “İraqda qazanılan zəfərlər məni çox xoşbəxt edir” - deyə bildirib. Hüquq fakültəsinin məzunu olan Raqhat Hüseyn verdiyi açıqlamada üsyançılara olan dəstəyini ifadə edib və Səddam Hüseynin "sağ qolu" olan İzzət İbrahim əl Dayanının təşkilata qatılmasını qiymətləndirib:

“İzzətin və birliklərinin də üsyançılara qatılmış olması çox gözəl bir inkişafdır. Bir gün İraqa dönə bilməyi çox istəyirəm. Atamın ruhuna fatihə oxuyuram və doğum yeri olan Tikritin qurtarılmış olmasından ötəri şükr edirəm”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol