Menu

Azərbaycan Dəmir Yolları borcunu ödəmək üçün borc ala bilər

16.06.2017, 15:49
Azərbaycan Dəmir Yolları borcunu ödəmək üçün borc ala bilər

Azərbaycan Dəmir Yolları (ADY) ASC maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtardığı barədə elan verib.

Bununla bağlı elan ADY-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Elanda qeyd olunub ki, maliyyə məsləhətçisi ADY-nin gələcək əsaslı xərclərinin maliyyələşdirilməsi imkanlarını və müəyyən mövcud öhdəliklərini yenidən maliyyələşdirmək mümkünlüyünü araşdırmalıdır.

ADY-nin elanında bununla bağlı əlavə məlumatların açıqlanacağı öz əksini tapıb.

Yenidən maliyyələşmə, borc üzrə tələb hüquqlarının başqa şirkətə ötürülməsidir. Yəni razılıq əldə ediləcək şirkət, ADY-nin mövcud borclarını ödəmək üçün ona yeni şərtlərlə kredit ayıracaqdır. /Marja

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol