AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Qətər Amerika Birləşmiş Ştatlarından (ABŞ) 12 milyard dollarlıq F-15 qırıcı təyyarələri almaq fikrindədir. «Röyter» agentliyinin məlumatına görə, çərşənbə günü bu barədə uyğun saziş bağlanıb.
Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, Pentaqonun başçısı Ceyms Mettis və Qətər nümayəndələri 35 qırıcının satın alınması barədə razılığa gəliblər.
Maraqlıdır ki, bu sövdə ABŞ Prezidenti Donald Trampın Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham etməsi fonunda baş tutub. Böyük ehtimalla, sözügedən 12 milyard dollar da «ABŞ ittihamının bədəli» olacaq.
Bəs, Qətəri «ittiham edən» ərəb ölkələrinin (SƏ, Bəhreyn, Misir, Yəmən, Liviya, Maldivlər, Mavrikiya və Komor adaları) qazancı nə olacaq?! Heç nə - sadəcə, Tramp onlara «Molodes sobak» deyəcək, vəssalam!..


Şərhlər