Menu

Tramp özü barədəki təhqiqatı «cadugər ovu» adlandırıb

17.06.2017, 00:43
Tramp özü barədəki təhqiqatı «cadugər ovu» adlandırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkəsində özü barədə başlanmış təhqiqatı «cadugər ovu» adlandırıb.

Xəbər verildiyi kimi, Federal Təhqiqat Bürosunun (FTB) başçısı Ceyms Komini işdən azad etdiyinə görə, ABŞ Prezidentinə qarşı təhqiqat başlanıb. ABŞ lideri bu barədə xəbəri özünün «Tvitter»ində təsdiqləyib.

«Mənim barədə o adam təhqiqat aparır ki, özü mənə FBR direktorunu işdən azad etməyi tapşırmışdı» - deyə, Tramp yazıb və əlavə edib ki, bu təhqiqatı «cadugər ovu» hesab edir.

Bundan əvvəl, özəl mənbəyinə istinadla «WP» qəzeti xəbər vermişdi ki, xüsusi tapşırıqlı prokuror Robert Müller guya, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi üzrə Trampa qarşı təhqiqat aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol