Menu

Türkiyə daha bir ölkədə hərbi baza yarada bilər

17.06.2017, 01:19
Türkiyə daha bir ölkədə hərbi baza yarada bilər

 

Türkiyə öz hərbi bazasını Səudiyyə Ərəbistanında da açmağı təklif edib.

Axar.az xəbər verir ki, bunu Portuqaliyanın RTP televiziyasına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Biz Səudiyyə Ərəbistanına da hərbi baza açmağımızı təklif etdik. Kral Salman bin Əbdüləziz bizə bu variantı nəzərdən keçirəcəyini dedi. Türkiyə hələ də bu məsələ ilə bağlı Ər-Riyaddan cavab almayıb”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə Qətərdə hərbi baza yaratmaqla bağlı müqavilə imzalayıb. Bu, Türkiyənin ölkə xaricində, Şimali Kipr istisna olmaqla, ilk bazası olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol