Menu

Vanuatunun prezidenti vəfat etdi

17.06.2017, 09:35
Vanuatunun prezidenti vəfat etdi

Vanuatunun prezidenti Baldvin Lonsdeyl vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Yeni Zelandiyanın radiosu xəbər verir.

Bildirilir ki, prezident ürək tutmasında vəfat edib. Baldvin Lonsdeyl bu vəzifəni 2014-ci ildən tutub.

Ölkə konstitusiyasına əsasən, yeni prezident 3 həftə ərzində parlament üzvləri və regional hökumət nümayəndələri tərəfindən seçilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol