Menu

"Unileasing" şirkətinin səhmdarları dəyişib

19.06.2017, 10:32
"Unileasing" şirkətinin səhmdarları dəyişib

“Unileasing” QSC-nin səhmlərinin 66,67%-nə nəzarət edən “Unibank” ASC və 33,33%-nə nəzarət edən Bankın Müşahidə Şurasının sədri Eldar Qəribov paylarını satıb.

“Report”un məlumatına görə, onların payını fiziki şəxslər alıb.

Yeni səhmdarların adları hələ açıqlanmır. Səhmlərin nominal dəyərindən iki dəfə ucuz satıldığı bildirilir.

Xatırladaq ki, "Unileasing" 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,8 mln. manatdır. Şirkət son illər böyük zərərlə işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol