Menu

“Ganjlik Mall”da həyəcan

20.06.2017, 17:16
“Ganjlik Mall”da həyəcan

Bakıdakı “Ganjlik Mall”da insanlar arasında çaxnaşma düşüb.

“Report” xəbər verir ki, buna səbəb ticarət mərkəzində həyəcan siqnalının işə düşməsi olub.

“Ganjlik Mall”dan “Report”a bildirilib ki, işıqlar söndüyündən siqnal işə düşüb: “Proses 5-10 dəqiqə davam edib və hazırda məsələ həll olunub. Mall-ın içərisindən kimsə təxliyə olunmayıb”.

O, işıqların sönməsini texniki səbəblə izah edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol