AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, planetdə temperaturun yüksəlməsi və iqlim zonalarının dəyişməsi əhalinin dörddə birinin məhvinə gətirib çıxara bilər.
Araşdırmaçı qrupun Amerika Birləşmiş Ştatlarından (ABŞ) və Böyük Britaniyadan olan üzvləri belə nəticəyə gəliblər ki, planetdə temperaturun ümumi yüksəlişi nəinki iqlim zonalarının dəyişməsinə gətirib çıxara bilər, həm də Yer əhalisinin dörddə birinin məhvinə səbəb olar.
Alimlər 1900 coğrafi nöqtənin temperatur göstəricilərini müqayisə etməklə, bu nəticəyə gəliblər ki, bölgələrə gələn anomal isti hava şəraiti ilə bağlı vəziyyət təkrarlanacaq. Misal üçün alimlər Moskvadakı, Parisdəki və kontinental Avropanın digər hissələrindəki anomal isti hava şəraitini önə çəkirlər. Burada quraqlıq keçən hava şəraiti və yüksək termperatur nəticəsində bir neçə min insan həlak olub.
ABŞ-ın araşdırmaçı qrupunun rəhbəri, Havay universitetindən olan Kamilo Mora izah edir ki, belə dəyişikliklərlə bağlı yaranan başlıca problem insan sağlamlığının nisbi kövrəkliyi olaraq qalır. İnsanlar iqlim dəyişikliyinə belə tez adaptasiya oluna bilmirlər. Nəticədə, planet əhalisinin 75,0 faizi əhəmiyyətli dərəcədə zərər çəkə və ya yaxın 80 ildə istidən məhv olar bilər.

Şərhlər