Menu

Pakistan İrana məxsus PUA-nı vurdu

21.06.2017, 10:24
Pakistan İrana məxsus PUA-nı vurdu

Pakistan Hərbi Hava Qüvvələri İrana məxsus Pilotsuz Uçan Aparatı (PUA) vurub.

“Report” "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Pakistan hökumətindəki mənbələr bildirib.

İnformasiyaya əsasən, İrana məxsus PUA Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində, hava sərhədinin pozduğu üçün vurulub.

Pakistanın Hərbi Hava Qüvvələri məsələ ilə bağlı açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol